Məhəmməd Məhəmmədibəxş İRNA-nın iqtisadiyyat sahəsi üzrə müxbirinə müsahibəsində İran-Avrasiya Azad Ticarət Sazişinin imzalanmasına toxunaraq əlavə edib: “Ölkəmizlə Avrasiya İqtisadi İttifaqına üzv ölkələr arasında azad ticarət sazişinin imzalanmasına diqqət etməklə, bu ölkələr arasında ticarət əlaqələrinin inkişafı üçün mütləq imkanlar yaranacaqdır.”
O, əlavə edib: “Ölkəmizin açıq sulara çıxışı olduğundan cənub-şimal dəhlizindən yük daşıya bilmək imkanı bizim üçün mövcuddur və Avrasiya İttifaqına üzv ölkələr arasında hava nəqliyyatı əlaqələrinin inkişafı ilə İran yükdaşıma sahəsində regionun mərkəzinə çevrilə bilər.
Ticarət əlaqələrinin inkişafı üçün bu sazişdə nəzərdə tutulan üstünlüklərə diqqət etməklə, bu imkandan strateji malların təyyarə ilə daşınması üçün istifadə etmək olar.”
Sizin rəyiniz